"Flamenqo" baş məşqçisi Filipe Luislə müqavilə müddətini uzatmaq üçün razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, uzunmüddət gedən danışıqlar uğurla nəticələnib.
Yeni sözləşmənin müddəti 2027-ci ilin dekabrına qədər olacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
F. Luis 2024-cü ilin sentyabrından "Flamenqo"nu çalışdırır. O, burada 5 kubok qazanıb.



