"Napoli" klubu "Real Madrid"in futbolçusu Franko Mastantuononu icarəyə götürmək istəyib.

Offsideplus.az xəbər verir ki, Neapol təmsilçisi hazırda yarımmüdafiə xəttində problem yaşayır. Ona görə də yanvarın ayında bu mövqeni transferlə gücləndirməyi planlaşdırırlar.

Bu barədə "MARCA" nəşri məlumat yayıb.

"Kral klubu" isə bunu qəbul etməyib. 

"Real Madrid" Mastantuononu bu yay 60 milyon avro ödəyərək "River Pleyt"dən heyətinə cəlb edib.

Argentinalı cari mövsüm İspaniya nəhənginin heyətində 14 oyunda 1 qol vurub və eyni sayda məhsuldar ötürməyə imza atıb.