Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2025-ci ilin ən yaxşı futbol hakimlərini siyahısını açıqlayıb.
Offsideplus.az qurumun saytına istinadən xəbər verir ki, 1-ci yeri italiyalı Mariya Sole Ferryeri Kaputi tutub - 97.
Fransalı Stefani Frappar 93 xalla ikinci olub.
Xorvatiyalı hakim İvana Martinçiç isə 57 xalla üçüncü pillədə qərarlaşıb.



