I Liqada çıxış edən "Zaqatala" klubuna texniki məğlubiyyət verilib.
Offsideplus.az xəbər verir ki, buna səbəb onların MOİK-lə matçda legioner limitini pozmasıdır.
Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
"Zaqalata" eyni zamanda 1200 manat cərimələnib.
Qeyd edək ki, qarşılaşma MOİK-in 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.



