Deyan Stankoviç "Srvena Zvezda" yeni baş məşqçisi təyin olunub.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Stankoviç son olaraq Moskva "Spartak"ını çalışdırmışdı.
Bu, onun "Srvena Zvezda"da 2-ci dönəmi olacaq.
O, klubu 3 dəfə Serbiya çempionu etməyi bacarıb.



