“Santos” klubunun yaxın vaxtlarda Neymarla müqavilə imzalaması gözlənilmir.

Offsideplus.az “Planeta do Futebol” nəşrinə istinadən xəbər verir ki, Braziliya təmsilçisi hələlik sözləşmənin imzalanmasını yubadır.

Buna səbəb futbolçunun dizindən əməliyyat olacağına dair yayılan xəbərlərdir.

Məlumata görə, tərəflər arasında imzalanacaq yeni müqavilə 2026-cı ilin ortalarına qədər nəzərdə tutulur.