Braziliyanın "Santos" klubunun futbolçusu Neymar uzun müddətdən sonra het-trik edib.

Offsideplus.az xəbər verir ki, Neymar A Seriyasının 37-ci turunda "Yuventude"ni 3:0 hesabı ilə məğlub etdikləri oyunda bütün qolların müəllifi olub.

33 yaşlı hücumçu sonuncu dəfə 2022-ci ilin aprelində, Fransa təmsilçisi PSJ-də çıxış edərkən "Klermon"la qarşılaşmada bunu bacarıb.

Qeyd edək ki, Neymar bu mövsüm "Santos" forması ilə 29 matçda 11 qol və 4 məhsuldar ötürmə edib.