AFFA Gənclər Liqasında çıxış edən "Şamaxı" komandasına texniki məğlubiyyət verilib.
Offsideplus.az xəbər verir ki, qurumun İntizam Komitəsinin iclasında bununla bağlı qərar qəbul edilib.
Bölgə təmsilçisi "Qarabağ"la matçda limiti pozduğu (əsas heyətdə 5 nəfər 2007-ci il təvəllüdlü futbolçu olmalıdır) üçün texniki məğlubiyyət alıb.
Hesab isə olduğu kimi saxlanılıb.



