AFFA hakimləri təhqir edən futbolçuları, məşqçiləri və bir klub rəsmisini cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
AFFA Region Liqasında hakimləri təhqir edən "Real"ın rəsmisi Nahid Səmədov və "Şirvanovka"nın futbolçusu Loğman Camirzəyev 4, "Naxçıvan"ın oyunçusu Əbdül Əbdülov isə 5 oyunluq diskvalifikasiya olunub.



