21-ci əsrin ən yaxşı müdafiəçiləri açıqlandı — siyahıya Serxio Ramos başçılıq edir. 

Offsideplus.az xəbər verir ki, "Givemesport" 21-ci əsrin ən güclü 10 müdafiəçisinin siyahısını açıqlayıb. Reytinqin zirvəsində ispan futbolunun canlı əfsanəsi Serxio Ramos qərarlaşıb.

İkinci sırada “Liverpul”un lideri Vircil van Deyk, üçüncü pillədə isə İtaliya futbol tarixinin ən böyük müdafiəçilərindən biri hesab olunan Alessandro Nesta yer alıb.

Siyahının davamı belədir:

4. Fabio Kannavaro

5. Roberto Karlos

6. Paolo Maldini

7. Eşli Koul

8. Karles Puyol

9. Kafu

10. Con Terri

Futbol ictimaiyyəti arasında geniş müzakirələrə səbəb olan siyahıda həm Avropa, həm də Cənubi Amerika məktəblərinin nümayəndələri önə çıxıb.