Almaniya yığması Slovakiyanı 6:0 hesabı ilə məğlub edərək DÇ-2026-ya vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, "Qalatasaray"ın futbolçusu Leroy Sane bu görüşdə 2 qol və 1 assistə imza atıb.

Oyundan sonra Almaniyanın kapitanı Yozua Kimmix sabiq komanda yoldaşı haqda xoş sözlər deyib:

"Karyeramda Leroy Sane qədər fiziki cəhətdən güclü futbolçu görməmişəm. Çox qaçır, sprint ata bilir və bunu 3 gündənbir etməyi bacarır.

Psixoloji cəhətdən hazır olanda nələr edə biləcəyini görürsünüz".