“100 qol vursam da, əsas titulları qazanmasam, "Qızıl Top" qazanmaq çətin olacaq”

Offsideplus.az xəbər verir, o, "Qızıl Top" uğrunda yarış barədə açıqlama verib:

“Bu mövsüm 100 qol vura bilərəm, amma Çempionlar Liqası və ya Dünya Kuboku qazanmadan, çox güman ki, "Qızıl Top" qazanmayacam.

Erlinq Haland üçün də eyni şey keçərlidir, digər oyunçular üçün də. Əsas böyük titulları qazanmaq lazımdır.”

İngiltərə millisinin hücumçusu böyük fərdi uğurların, komanda nailiyyətləri ilə tamamlanmadıqda beynəlxalq mükafatlarda kifayət etmədiyini vurğulayıb.