İtaliyanın keçmiş ulduz futbolçusu və məşqçisi Cennaro Qattuso Cənubi Amerika üçün Dünya Kuboku seçmə qaydalarının ədalətli olmadığını bildirib.

Offsideplus.az xəbər verir ki, Qattuso açıqlamasında deyib:

“Cənubi Amerikada altı komanda birbaşa Dünya Kubokuna gedir, yeddincisi də pley-off oynayır. Bu mənə ədalətli gəlmir. Avropada qruplar çox daha çətindir və rəqabət səviyyəsi daha yüksəkdir.”

Qattusonun sözlərinə Cənubi Amerikanın ən yaxşı qapıçılarından biri Emiliano Martinez dərhal cavab verib:

“Onlar hər zaman mükəmməl, baxımlı meydançalarda oynayırlar. Cənubi Amerikanın nə olduğunu bilmirlər.”

Futbol aləmində iki ulduzun bu açıqlamaları böyük müzakirələrə səbəb olub.