"Beşiktaş"ın sabiq baş məşqçisi Ole Qunnar Sulşer Türkiyə günlərindən danışıb.
Offsideplus.az xəbər verir ki, norveçli mütəxəssis bunları deyib:
"Düşünürəm ki, Türkiyədə orta hesabla işdən çıxarılma müddəti altı-yeddi aydır. Vəziyyət bu qədər pisdir. Məndən əvvəlki 5-6 məşqçidən daha uzun müddət qaldım. Amma "Beşiktaş" həqiqətən böyük klubdur. İnsanları çox sevdim. Stadiondakı atmosfer inanılmazdır.
İşlər yaxşı gedəndə - "Qalatasaray"ı, "Fənərbağça"nı məğlub etdiyimiz günlər. O zaman hər şey yaxşı idi. Ancaq uduzanda isə"...



