Fransa milli komandasının heyətində dəyişiklik baş verib.

Offsideplus.az xəbər verir ki, "Yuventus"un yarımmüdafiəçisi Kefren Türam yığmaya dəvət olunub. O, zədələnən Eduardo Kamavinqanı əvəz edəcək.

Qeyd edək ki, Fransa yığması bu gün Ukrayna ilə, 3 gün sonra isə milli komandamızla qarşılaşacaq.