Qırğızıstan təmsilçisi “Abdış-Ata” azərbaycanlı futbolçuları İlkin Muradov və Mirabdulla Abbasovla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi və 30 yaşlı hücumçu ilə başa çatan müqavilələr uzadılmayıb.

Hər iki futbolçu yayda Qırğızıstan klubuna keçmişdi. Bu dövrdə Abbasov 6, Muradov isə 14 oyunda iştirak edib.

Qeyd edək ki, Qırğızıstan Premyer Liqasında artıq mövsümə yekun vurulub. “Abdış-Ata” 54 xalla üçüncü pillədə qərarlaşıb.