"Real Madrid" və "Mançester Siti" klubları "Liverpul"un futbolçusu Dominik Soboslayın transferində maraqlıdır.

Offsideplus.az xəbər verir ki, hər iki klub 25 yaşlı yarımmüdafiəçini yaxından izləyir.

Bu barədə "Diario AS" məlumat yayıb.

"Liverpul" isə onu itirmək istəmir. Macar futbolçunun hazırki sözləşməsi 2028-ci ilin yayında bitir.

Mersisayd klubu ona daha yaxşı şərtlərlə yeni müqavilə önərməyi planlaşdırır.

Soboslay cari mövsüm bütün turnirlərdə 16 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.