Federiko Kyeza İtaliya yığmasına gəlməkdən imtina edib.
Offsideplus.az xəbər verir ki, milli komamdanın baş məşqçisi Cennaro Qattuzo onun yığmaya qoşulmamağı barədə bunları deyil:
"Mən onunla tez-tez danışıram və qərarına hörmətlə yanaşıram. Deyəcək başqa bir şeyim yoxdur".
Qeyd edək ki, Kyeza milli komandanın heyətində sonuncu dəfə ötən il meydana çıxıb.
O, 2021-ci ildə qazanılan Avropa çempionatında əsas oyunçulardan biri idi.



