Hansi Flik cari mövsümün sonunda "Barselona"dan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis yaxınlarına yorulduğunu bildirib. O, bunu öz məşqçilər korpusuna da deyib.
Bu barədə İspaniyanın "ABC" portalı məlumat yayıb.
Flik 2024-cü ilin yayından "Barselona" çalışdırır. O, ötən mövsüm katalon klubuna 3 kubok qazandırıb.
Qeyd edək ki, ABC "Real Madrid" klubuna daha yaxın mənbədir. Kataloniyadakı mənbələr xəbəri hələ təsdiqləmir.



