Roberto Mançini "Mançester Yunayted"də baş məşqçi dəyişikliyi baş verərsə, Ruben Amorimi əvəz edə biləcəyinə inanır.
Offsideplus.az xəbər verir ki, o, yaxın dostları ilə söhbətdə bunu qeyd edib.
Bu barədə "The Sun" məlumat yayıb.
R. Mançini son olaraq Səudiyyə Ərəbistan yığmasını çalışdırıb. İtaliyalı mütəxəssis ötən ilin oktyabrından bəri işsizdir.
O, daha əvvəl "qırmızı şeytanlar"ın əzəli rəqibi "Mançester Siti"ni də çalışdırıb.



