"Everton" klubu qış "transfer pəncərəsində" "Fənərbağça"nın futbolçusu Fredi transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, Liverpul təmsilçisi az bir məbləğ ödəyərək onu heyətinə cəlb etməyi planlaşdırır.

Bu barədə "Goodison News" portalı məlumat yayıb.

Fred 2023-cü ilin yayından "Fənərbağça"da çıxış edir. O, son oyunlarda əsas heyətdəki yerini itirib.

Braziliyalı futbolçununun "sarı-lacıvərdlilər"lə müqaviləsi 2027-ci ilin yayında bitəcək.