Futbol üzrə İndoneziya millisinin baş məşqçisi Patrik Klyuvert istefaya göndərilib.
Offsideplus.az xəbər verir ki, bu barədə İndoneziya Futbol Assosiasiyası məlumat yayıb.
Niderlandlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Son oyunda İndoneziya DÇ-2026 seçmə mərhələsində İraqa 0:1 hesabı ilə məğlub olub. Bu qərar da komandanın mundiala çıxmaq şansını itirdikdən sonra verilib.
Qeyd edək ki, bu ilin yanvarından İndoneziya yığmasını çalışdıran mütəxəssisin rəhbərliyi altında komanda 8 oyun keçirib. Bu qarşılaşmaların 3- ü qələbə, 4-ü isə məğlubiyyətlə yekunlaşıb.



