Çilidə keçirilən futbol üzrə U-20 dünya çempionatında finalçıların adı məlum olub.

Offsideplus.az xəbər verir ki, yarımfinal matçlarından sonra Mərakeş və Argentina yığmaları həlledici matça vəsiqə qazanıb.

Yarımfinalda Afrika təmsilçisi Fransanı, Cənubi amerikalılar isə Kolumbiyanı məğlub edib.

Qeyd edək ki, 3-cü yer uğrunda görüş oktyabrın 18-də, final qarşılaşması isə 20-də keçiriləcək.