"Qalatasaray" klubu qış "transfer pəncərəsində" heyətini gücləndirməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" "Krasnodar"ın erməni futbolçusu Eduard Spertsyanla maraqlanır. İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk onu komandasında görmək istəyir.
Bu barədə "Ajansspor" portalı məlumat yayıb
25 yaşlı hücumameyilli yarlmmüdafiəçi 2018-ci ildən "Krasnodar"da çıxış edir. O, burada 159 oyunda 49 qol vurmağı bacarıb.
Spertsyan Ermənistan yığmasının heyətində isə 38 oyuna çıxıb və 10 qol vurub.



