Argentina yığması yoldaşlıq oyununda Puerto-Rikonu 6:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, Lionel Messi görüşdə 2 məhsuldar ötürməyə imza atıb.
Beləliklə, argentinalı futbolçu milli komandada etdiyi assistlərin sayını 60-a çatdırıb və yeni rekordçu olub.
Ondan çox yığmada assist edən futbolçu yoxdur.
Messi bu siyahıda Neymar və Lendon Donovanı (hər ikisi 58) geridə qoyub.



