"Everton" klubu qapıçısı Cordan Pikfordla müqavilə uzatmağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı çərçivə qoruyucusu hazırki sözləşməsi 2027-ci ilin yayında bitirdi. Onun müqaviləsi daha 4 il artırılacaq.

Bu barədə "Sky Sports" məlumat yayıb.

Pikford 2017-ci ildən "Everton"da çıxış edir. O, eyni zamanda İngiltərə yığmasının da əsas qapıçısıdır.