Argentina futbolunun əfsanəsi, "Boka Xuniors"un baş məşqçisi Migel Anxel Russo dünyadan köçüb.
Offsideplus.az xəbər verir ki, o, 69 yaşında vəfat edib. Bu barədə məlumatı klubun rəsmi saytı təsdiqləyib.
Argentinalı uzun müddət idi ki, prostat vəzində xərçəng xəstəliyindən əziyyət çəkirdi.
2017-ci ildən xəstəliyi ilə mübarizə aparan M.Russo dünyasını dəyişib.



