"Araz-Naxçıvan" yoxlama oyunu keçirəcək.
Offsideplus.az xəbər verir ki, Elmar Baxşıyevın yetirmələri milli komandaların oyunlarına görə yaranmış fasilədə I Liqanın lideri "Şəfa" ilə qarşılaşacaq.
Oyun oktyabrın 10-də Bakı Olimpiya Stadionunun ikinci meydanında keçiriləcək. Matçın start fiti 15:00-da səsləndiriləcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" hazırda 14 xalla Misli Premyer Liqasında 2-ci yerdədir.



