"Kristal Pelas"ın müdafiəçisi Mark Qehi karyerasını "Real Madrid"də davam etdirmək istəyir.
Offsideplus.az xəbər verir ki, ingilis müdafiəçi "kral klubu"ndan təklif gözləyir.
Bu barədə almaniyalı jurnalist Florian Plattenberq məlumat yayıb.
25 yaşlı futbolçu ilə bir çox klub yaxından maraqlanır. "Çelsi", "Liverpul", "Bayern Münhen" və "Barselona" da onu transfer etməyi planlaşdırır.
Onun arzusu isə "Real Madrid"də çıxış etməkdir.
Qehi 2021-ci ildən "Kristal Pelas"da çıxış edir. O, burada 167 oyuna çıxıb və 9 qol vurub.



