Kriştiano Ronaldo yenə təqaüddən söz açıb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı futbolçunun ailəsi artıq onun karyerasını bitirməyini istəyir.
Ronaldo isə belə düşünmür:
"Ailəm mənə "dayanmağın vaxtıdır, min qol vurmağa nə ehtiyac var" deyir. Ancaq mən belə düşünmürəm. Hələ də yaxşı işlər görürəmsə, niyə bitirməliyəm? Hər şey bitəndən sonra məmnuniyyətlə ayrılacağam. Bilirəm ki, vaxtım çox qalmayıb. Amma qalan bütün dəqiqələrimdən həzz almağa çalışıram".
Qeyd edək ki, Ronaldo 946 qol vurub. Onun "Əl-Nəsr"lə 2027-ci ilin yayına qədər müqaviləsi var.



