"Real Madrid" idarəetmədə "Bayern Münhen" modelinə keçməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, madridlilər tarixlərində ilk dəfə idarəetmə formasını dəyişməyi planlayıb.

Belə ki, hazırda klubun səhmləri sadəcə klubun özünə məxsusdur və idaredici şəxs səsvermə yolu ilə seçilən prezidentdir. 

Yeni qərar təsdiqlənərsə, klubun səhmlərinin 49%-İ satılacaq və qalan 51% isə toxunulmaz olaraq klubun özünə məxsus olaraq qalacaq.

Bu addımda məqsəd kluba əlavə investisiya və maliyyə gücü gətirməkdir.