"Neftçi" klubunun hazırda əsas gündəmi Vensan Abubakar transferidir.
Offsideplus.az xəbər verir ki, tərəflər danışıqlarda irəliləyiş əldə edib.
Kamerunlu futbolçu istədiyi maaş tələbini aşağı salıb. O, əvvəl mövsümlük 800 min avro tələb edirdisə, indi 500 min avroya razıdır.
"Neftçi" rəhbərliyi bu məbləği daha da aşağı sala biləcəyini düşünür.
Abubakarla İran klubları da yaxından maraqlanır. Lakin təcrübəli hücumçu buna isti yanaşmır.
Onu transfer etməyə əsas namizəd "ağ-qaralar"dır.
(sportinfo.az)



