"Qarabağ" komandası UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.

Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının əsas mərhələsinin II turunda evdə Danimarkanın "Kopenhagen" klubunu məğlub etməsindən (2:0) sonra bu nəticə əldə olunub.

“Qarabağ” qələbədən sonra ölkənin hesabına daha 0.500 əmsal yazdırıb. Azərbaycan hazırda 22.000 əmsalla 25-ci pillədə qərarlaşıb. 24-cü yerdə Serbiya (22.375), 26-cı sırada Slovakiyadır (21.375).

Qeyd edək ki, İngiltərə (97.116) UEFA reytinqində birinci yerdə qərarlaşıb.