"Neftçi" klubu "Beşiktaş"ın sabiq hücumçusu Vensan Abubakarı heyətinə cəlb etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" kamerunlu futbolçuya rəsmi təklifini edib. Onun yekun cavabı gözlənilir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Abubakar hazırda azad agentdir. O, son olaraq "Hatayspor"un formasını geyinib.
33 yaşlı hücumçunun karyerasının böyük hissəsi "Beşiktaş" və "Portu"da keçib.
O, Kamerun yığmasının heyətində 114 oyunda 45 qol vurmağı bacarıb.



