Braziliya yığmasının keçmiş kapitanı Kafu həmyerlilərinə məsləhət verib.
Offsideplus.az xəbər verir ki, o, braziliyalıların Premyer Liqaya yox. La Liqaya getməli olduqlarını düşünür:
"Premyer Liqaya nə qədər çox braziliyalı oyunçu gedirsə, Dünya Kubokunu qazanmaq şansımız bir o qədər azalır. Təsəvvür edin ki, media sizi hər həftə ən yaxşı olduğunuza inandırsın, halbuki belə deyilsiniz. Mən La Liqaya üstünlük verirəm, çünki orada finala çıxmaq və onları qazanmaq üçün mentalitet var".
Qeyd edək ki, Kafu Braziliya milli komandası ilə birlikdə 2 dəfə (1994 və 2002) dünya çempionu olub. O, yığmanın heyətində ən çox oyuna çıxan futbolçudur.



