Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə”nin sabiq futbolçusu Nelson Bonilya üçün nə qədər pul ödədiyi bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu barədə Rumıniya klublarının futbolçu alqı-satqısı ilə bağlı 2009-2017-ci illəri əhatə edən hesabatında məlumat yer alıb. Bildirilir ki, paytaxt təmsilçisi 2015-ci ilin avqustunda salvadorlu hücumçu üçün bu ölkənin "Viitorul” klubuna 25 min avro verib.

Qeyd edək ki, 2015/16 mövsümündə "Zirə”də çıxış edən 28 yaşlı Bonilya paytaxt klubunun tarixində ən yaxşı bombardiridir. Futbolçu 1 mövsüm ərzində Premyer Liqada 14 qol vurub. (sportnet)