Portuqaliya millisinin və İtaliyanın Juventus klubunun futbolçusu Kriştiano Ronaldonun yeni gözaltısının kimliyinə aydınlıq gəlib.  

Offsideplus.az xəbər verir ki, bu yay İspaniya Real-ından Apennin yarımadasına yollanan ulduz hücumçu bu ölkədə yeni eşq macərasının astanasındadır.

Belə ki, italiyalı model Manuela Ferrera Ronaldonun diqqətini özünə cəlb edib. Bunu xanımın özü müsahibəsində açıqlayıb.

Ferrera bildirib ki, Kriştianu onu “For Men 2019” üçün çəkilən şəkillərdən bəyənib: “Ortaq dostlarımızdan telefon nömrəmi tapdıqdan sonra mənimlə əlaqə saxladı. Bir müddət mesajlaşdıq. Ronaldo şəkilləri görəndən sonra məni təbrik etdi. Mənimlə söhbətində çox gözəl olduğumu dedi. Kriştiano kimi kişidən belə xoş sözlər eşitmək mənim qəlbimi oxşadı. Çünki ətrafı gözəl qadınlarla doludur, özü isə mənim gözəlliyimə işarə vurur”.

Matç.az