Canluici Donnarumma "Mançester Siti" ilə şəxsi məsələlərdə razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" italiyalı qapıçını transfer etmək üçün Edersonun gedişini gözləyir.
Edersonla hələ də "Qalatasaray" yaxından maraqlanır.
Donnarumma ötən gün keçirilən matçdan sonra PSJ azarkeşləri ilə vidalaşıb. Paris klubu onu 50 milyon avrodan aşağı bir məbləğə buraxmağa hazırdır.



