"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz ardıcıl 4-cü gündür məşqlərə çıxmır.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistan klubu "Neom" onu transfer etmək istəyir və bu, oyunçunun fikrini qarışdırıb. "Neom" ona hazırda qazandığından 7 dəfə artıq məvacib təklif edib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

S. Ərəbistan klubu onun üçün "Qalatasaray"a 35 milyon avro təklif edib. "Sarı-qırmızılar" bunu qəbul etməyib.

Klubun rəhbərliyi Barış Alper Yılmazı satmağı düşünmür. Hətta bu barədə bəyanat yayaraq "Neom"un oyunçunun ağlının qarışdırdığını və onlardan icazəsiz 25 yaşlı futbolçu ilə görüşdüklərini bildirib.