"Fluminense"nin qapıçısı Fabio futbol tarixinə keçib.
Offsideplus.az xəbər verir ki, 44 yaşlı çərçivə qoruyucusu komandasının ötən gün keçirilən "Amerika de Kali" ilə oyununda karyerasının 1391-ci matçına çıxıb. O, futbol tarixində ən çox oyuna çıxan oyunçu olub.
Fabiodan əvvəl rekord İngiltərə yığmasının əfsanəvi qolkiperi Piter Şiltona (1390) məxsus idi.
Təcrübəli qapıçı "Fluminense"dən başqa uzun müddət "Kruzeyro" və "Vasko da Qama"da çıxış edib.



