Acun Ilıcalının sahibi olduğu Sloveniyanın "Maribor" klubu baş məşqçisi Tuğberk Tanrıvermişlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu ayrılıq 35 mütəxəssisin xoşuna gəlməyib. O, cəmi 2 aydır klubda çalışırdı.

Türkiyəli mütəxəssis sosial media hesabından paylaşım edib:

"Mənim qovulmağım gözlənilmədən liqanın beşinci həftəsində, səfər qələbəsindən və evdə heç-heçədən sonra baş verdi. Liqada cəmi bir dəfə uduzmağımıza baxmayaraq, qəbul edilən bu ədalətsiz qərar futbolun ruhuna uyğun gəlmir".

Qeyd edək ki, A. Ilıcalı 2024-cü ilin noyabrından bəri "Maribor"un 74 faizinin sahibidir. Onun klubu hazırda 10 komandanın mübarizə apardığı Sloveniya çempionatında 5-ci yeri tutur.