"Milan"dan birdəfəlik ayrılan Davide Kalabriyanın yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını Yunanıstanda davam etdirəcək. O, "Panatinakos"la razılığa gəlib.

İtaliyalı sağ cinah müdafiəçisi yeni klubu ilə 3 illik müqavilə imzalayıb. O, burada illik 2 milyon avro qazanacaq.

Kalabriya 11 yaşından bəri "Milan"da çıxış edirdi. O, "qırmızı-qaralar"ın heyətində 272 oyuna çıxıb və 10 qol vurub.