Kerem Aktürkoğlunun "Fənərbağça"ya keçidi hazırda dayanıb.

Offsideplus.az xəbər verir ki, klublar arasında razılıq yoxdur.

"Beşiktaş" bu prosesi yaxından izləyir. Onlar hələ də Keremlə maraqlanır. Sol vinger axtaran "qara qartal" Orkun Kökçünü transfer edərkən Kerem haqqında da "Benfika"dan məlumat almışdı.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

K. Aktürkoğlu bu yay "Benfika"dan ayrılıb Türkiyəyə qayıtmağı düşünür. Lissabon klubu onu istəyən klublardan 25 milyon avro tələb edir.

"Fənərbağça" ilk başda bu məbləği ödəməyə hazır olsa da, sonra təkliflərini 17 milyona endirmişdilər.