Azərbaycan yığmasının futbolçusu Ayşən Əhmədova Türkiyədə klubunu dəyişib.

Offsideplus.az xəbər verir ki, o, karyerasını "Amedspor"da davam etdirəcək.

25 yaşlı müdafiəçi yeni klubu ilə bir mövsümlük müqavilə imzalayıb.

Bu barədə Anadolu klubunun mətbuat xidməti məlumat yayıb.

A. Əhmədova bundan əvvəl "Ünye Gücü"nün formasını geyinirdi.