"Liverpul"un hücumçusu Darvin Nunyes "Əl-Hilal"a transfer olub.

Offsideplus.az xəbər verir ki, uruqvaylı hücumçu Səudiyyə Ərəbistan klubu ilə 3 illik müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Əl-Hilal" 26 yaşlı futbolçu üçün Mersisayd təmsilçisinə 53 milyon avro ödəyəcək.

D. Nunyes 3 illik "Liverpul" karyerasında 143 oyunda 40 qol vurub.