"Qalatasaray"ın sabiq hücumçusu Mbaye Dian yenidən Türkiyəyə qayıdıb.

Offsideplus.az xəbər verir ki, seneqallı futbolçu I Liqa klubu "Amedspor"a transfer olub. 

Anadolu klubu təcrübəli hücumçunun gələn həftə İstanbulda tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacağını açıqlayıb.

Dian son olaraq Səudiyyə Ərəbistanın "Neom" klubunda çıxış edib.

O, "Qalatasaray" forması ilə 61 oyunda 26 qol vurmağı bacarıb.