"Liverpul"un hücumçusu Darvin Nunyes karyerasını Səudiyyə Ərəbistanda davam etdirməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, "Əl-Hilal" uruqvaylı futbolçunu transfer etmək üçün Mersisayd təmsilçisi ilə razılığa gəlib. Hazırda oyunçu tərəfi ilə danışıqlar gedir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Nunyes S. Ərəbistan klubunun təklifini qəbul etsə, "Əl-Hilal" uzun müddətdir axtardığı hücumçunu tapmış olacaq.

Onlar bu yay Viktor Osimhen və Victor Dyökereşlə maraqlansa da, bu keçidlər baş tutmamışdı.