"Milan"dan ayrılan Luka Yoviçin yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, serbiyalı hücumçu karyerasını Yunanıstanda davam etdirəcək. O, AEK ilə razılığa gəlib.

Bu barədə "Marca" nəşri məlumat yayıb.

Yoviçin bu gün Afinada olacağı gözlənilir. O, tibbi baxışdan keçdikdən sonra 2 illik rəsmi müqaviləyə imza atacaq.

27 yaşlı hücumçu "Milan" karyerası ərzində 47 oyunda 13 qol vurmağı bacarıb.