Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınan Keşlə – Qarabağ oyunu üçün hakim təyinatları açıqlanıb.

Offsideplus.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçın baş hakimi Rəhim Həsənov olacaq. Ona Yaşar Abbasov və  Elşad Abdullayev köməklik edəcək. Dördüncü hakim funksiyasını Mahir Məmmədov yerinə yetirəcək.

 Qeyd edək ki, Keşlə – Qarabağ görüşü sabah saat 19:00-da başlayacaq.