Polşa yığmasının üzvü Yan Bendarekin yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı müdafiəçi karyerasını "Portu"da davam etdirəcək. O, Portuqaliya nəhəngi ilə 4 illik müqavilə imzalayacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bednarek 2017-ci il "Sauthempton"da çıxış edir. O, "müqəddəslər"in heyətində 254 oyuna çıxıb və 11 qol vurub.
Təcrübəli futbolçu Polşa milli komandasında isə 69 oyuna 1 qol vurmağı bacarıb.



